Avstriya-İtaliya sərhədində yerləşən Brenner aşırımında miqrantlarla polis arasında toqquşma baş verib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 polis əməkdaşı xəsarət alıb.
Bildirilir ki, toqquşmaya səbəb miqrantların aqressiv davranışı olub. Etirazçılar Avropa ölkələrinin qapılarının miqrantların üzünə bağlanmasını pisləyiblər.
Xatırladaq ki, aprelin 4-dən rəsmi Ankara ilə Avropa İttifaqı arasında əldə olunan razılığa əsasən qanunsuz olaraq Türkiyədən Yunanıstana keçən miqrantlar geri qaytarılacaq.