Müdafiə Nazirliyinin “İstirahət ev”nin  həbsdəki keçmiş rəisi ilə bağlı məhkəmədən YENİ QƏRAR
05 avqust 2026 18:21 (UTC +04:00)

Müdafiə Nazirliyinin “İstirahət ev”nin həbsdəki keçmiş rəisi ilə bağlı məhkəmədən YENİ QƏRAR

0

Müdafiə Nazirliyinin “İstirahət ev”nin rüşvət almaqda ittiham edilən sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə qərar dəyişdirilib.

Lent.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində prokurorluğun məhkəmə qərarından verdiyi apellyasiya protestinə baxılıb. Protest qismən təmin olunub.

Məhkəmənin qərarı ilə onunla bağlı cərimə cəzası ləğv olunub, barəsində 8 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq olunub, iki il sınaq müddəti təyin olunmaqla, cəzası şərti sayılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, İlham Haqverdiyevə 15 min manat cərimə cəzası tətbiq olunub. Həbsdə olan təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar