Avropa Komissiyası Ermənistana 25 mln. avro ayırıb
13 dekabr 2013 05:10 (UTC +04:00)

Avropa Komissiyası Ermənistana 25 mln. avro ayırıb

Avropa Komissiyası «Şərq Tərəfdaşlığı» inteqrasiya və əməkdaşlıq proqramı çərçivəsində Moldova, Gürcüstan və Ermənistana 87 mln. avro həcmində əlavə vəsait ayırıb.


 

Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, bu maliyyə vəsait kənd rayonlarında iqtisadi imkanların artırılması, enerji sahəsində islahatların irəliləməsi, əmək bazarında idarəetmənin yaxşılaşmasına, təhsil və  başqa layihələrin gerçəkləşməsinə sərf ediləcək.

 

 

2013-cü il üçün nəzərdə tutulan 87 milyon avronun  35 mln-un Moldovaya,  27 mln. Gürcüstana, 25 mln-u isə  Ermənistana ayrılıb.

 

Avropa Birliyinin komissarı bildirib ki, bu ölkələr «demokratiyanın inkişafına görə mükafatlandırılıb».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar