Ukrayna baş nazirinin birinci müavini Sergey Arbuzov Avropa Birliyinin komissarı Ştefan Füle ilə görüşdən sonra yaxın zamanlarda Razılaşma haqqında müqavilənin imzalanacağını bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Arbuxov deyib ki, müqavilə mili strateji maraqlar nəzərə alınmaqla imzalanacaq: «Ukraynanın buna siyasi iradəsi var».
Baş nazirin müavini qeyd edib ki, tərəflər assosiasiya haqqında razılaşmanın qəbul edilməsi üçün «yol xəritəsinin» hazırlanmasını qərar alıb.
Füle öz növbəsində bildirib ki, Beynəlxalq Valyuta Fondu ilə razılaşmanın əldə edilməsi və azad ticarət zonasına qoşulması üçün Ukraynanın dəstəkləyəcəklər: «Biz ukraynalı tərəfkeşlərimizə açıq-aşkar bildirdi ki, ölkənin modernləşdirilməsi baxımından AB Ukraynanın ən böyük donorudur».