Alyaskada zəlzələ olub
13 mart 2016 10:31 (UTC +04:00)

Alyaskada zəlzələ olub

0

Bu gün yerli vaxtla  saat 04:19 radələrində ABŞ-ın Alyaska ştatı sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib.

 

APA-nın Ria Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 

Zəlzələnin ocağı Atka şəhərindən 74 km cənub-qərbdə, 10 km dərinlikdədir. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

 

Qeyd edək ki, bundan əvvəl şənbə günü Atka şəhəri yaxınlığında 5,4, 6,4 və 4,9 maqnitudalı zəlzələ baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar