Ağcaqanadlar ən çox kimləri dişləyir?
14 avqust 2026 15:29 (UTC +04:00)

Ağcaqanadlar ən çox kimləri dişləyir?

0

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl “maqnit”ə çevrilirlər.

Lent.az xəbər verir ki, Niderlandın “Lowlands” musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niyə məhz müəyyən insanlara daha çox yaxınlaşdığını üzə çıxarıb.

Alimlərin müəyyən etdiyinə görə, Anopheles növünə aid ağcaqanadlar əvvəlcə insanı nəfəsindən çıxan karbon qazına görə tapır, daha sonra bədən istiliyinə və dərinin fərdi qoxusuna yönəlirlər. Qan qrupu və ya qidalanmanın təsiri ilə bağlı məşhur fikirlər isə təcrübə zamanı təsdiqlənməyib. Bununla belə, dəridə Streptococcus bakteriyalarının yüksək konsentrasiyasının ağcaqanadları daha çox cəlb etdiyi müəyyən olunub.

Hansı hallarda ağcaqanad sancması riski artır?

Müşahidələr göstərib ki, ağcaqanadlar daha çox bu şəxslərin üzərinə qonub:

Son 12 saat ərzində pivə və ya şərab içənlər;

Son iki gün ərzində kannabis istifadə edənlər;

Təcrübədən əvvəl kiminləsə eyni yataqda yatanlar;

Günəşdən qoruyucu krem istifadə etməyənlər.

Maraqlıdır ki, adi ətir ağcaqanadların marağına ciddi təsir göstərməyib. Amma alkoqolla bağlı əlaqə kifayət qədər aydın olub.

Mütəxəssislər ehtimal edirlər ki, spirtli içkilər bədəndən istilik ayrılmasını və karbon qazı ifrazını artıra bilər. Bundan başqa, alkoqol insanı daha aktiv rəqs etməyə sövq edir, nəticədə tərləmə artır. Bu da ağcaqanadların diqqətini daha çox çəkir.

Araşdırmaçılar vurğulayırlar ki, hazırda ağcaqanadlar üçün tamamilə “görünməz” olmağın universal üsulu yoxdur. Hətta pivədən tam imtina etmək belə sancmalardan yüz faiz qorunmağa zəmanət vermir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 116

Oxşar yazılar