Almaniya XİN rəhbəri: “Kompromisdən çox uzağıq”
24 may 2018 03:12 (UTC +04:00)

Almaniya XİN rəhbəri: “Kompromisdən çox uzağıq”

Avropa və ABŞ İranla nüvə razılaşmasına dair məsələdə kompromisə nail olmaqdan çox uzaqdır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas bəyan edib.

 

“Düşünürəm ki, hazırda kompromisdən çox uzağıq. Mən dövlət katibi Pompeoya ABŞ, Böyük Britaniya, Fransa və Almaniya arasında xüsusi görüşün keçirilməsini təklif etdim”, deyə H.Maas qeyd edib.

 

Vaşinqtonda səfərdə olan Almaniya XİN rəhbəri ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb.

 

Mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Böyük Britaniya, Almaniya və Fransa bütün tərəfləri öz öhdəliklərinə əməl etməyə çağıraraq rəsmi Vaşinqtonun qərarını dəstəkləməyiblər.

 

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar