Qazaxıstanın tanınmış müğənnisi Kayrat Nurtasın konsertinin təxirə salınması Alma-Atıda qarışıqlığın yaranmasına səbəb olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qarşıdurma zamanı daxili qoşunların 10 əsgəri yaralanıb.
Şahidlərin sözlərinə əsasən, konsertin ləğvi elan edildikdən sonra səhnədə hay-küy salınıb. Polis avtomobili və yay kafesi, konsert keçiriləcək yerə yaxın olan ticarət-əyləncə mərkəzi yandırılıb.
Mənbə bildirib ki, ticarət-əyləncə mərkəzi daxili qoşunların əsgərləri tərəfindən mühasirəyə alınıb.
Şoumen və teleaparıcı Daniyar Batırbaeyv «Tvitter» səhifəsində tamaşaçıların polislərə daş atmasından yazıb.