ABŞ Dövlət Departamentinin başçısı Con Kerri və müdafiə naziri Çak Heygel avqustun 31-də Demokratik və Respublikaçılar partiyalarından olan senatorlarla telefon konfransı keçirəcək.
Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, Ağ Evin təmsilçilərinin açıqlamasında bildirilib ki, keçiriləcək telefon bağlantıları «avqustun 21-də Bəşər Əsəd qoşunlarının kimyəvi silahdan istifadəsinə dair administrasiyanın apardığı məsləhətləşmələrin bir hissəsidir”.
Məlumata görə, brifinqdə həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Raysın, kəşfiyyat rəhbəri Ceyms Klepperin iştirakı da gözlənilir.