Şimali Koreyanın nüvə silahı əldə etməsinə və Amerikaya qarşı tuşlanmasını ABŞ «sakit izləməyəcək».
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Ağ Evin rəsmisi Cey Karni məsələyə dair açıqlamasında bunları söyləyib.
O,ölkəsinin Alyaskda əlavə olaraq, 14 raket əleyhinə sistem yerləşdirilməsini xatırladaraq, ABŞ-ın bu məsələyə ciddi yanaşdığını bildirib.
«Bildiyiniz kimi biz müttəfiqlərimiz və tərəfkeşlərimizlə birlikdə Şimali Koreyaya təzyiqləri təmin etmək və bu ölkənin təcird olunması, rəsmi Pxenyana anlaması, onun beynəlxalq ictimaiyyətin dövlət-üzvü sıralarına qayıtması üçün davalı şəkildə işləyirik. Bu məsələdə bizim yetərincə sərt mövqeyimiz hər kəsə bəllidir»-deyə, o, söyləyib.