AEBA-nın keçmiş başçısı müxalifətin təmsilçisi oldu
03 iyul 2013 04:44 (UTC +04:00)

AEBA-nın keçmiş başçısı müxalifətin təmsilçisi oldu

AEBA-nın keçmiş başçısı müxalifətin təmsilçisi oldu

Misir müxalifəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinın (AEBA) keçmiş rəhbəri Məhəmməd əl-Baradeyin hakimiyyətlə danışıqlar aparmaq üçün nümayəndə seçib. 

 

Lent.az-ın  «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin «əl-Əhrəm» xəbər portalı məlumat yayıb.

 

Hakimiyyətlə danışıqlarda Məhəmməd əl-Baradei prezident Məhəmməd Mursinin hakimiyyətinə qarşı «Təmərrüd» («Üsyan») şüarı altında çıxış edən qüvvələri əlaqələndirmək üçün yeni yaranan «30 iyun cəbhəsi» siyasi hərəkatını  təmsil edəcək.   

 

Qeyd edək ki, iyulun 1-dən 2-nə keçən gecə «Təmərrüd» hərəkatı prezidentə ultimatum irəli sürərək, ona hakimiyyətdən getməyə bir gün vaxt verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar