ABŞ və Britaniya «İslam cəbhəsi»nin yaraqlıları Suriya Azadlıq Ordusunun (SAO) silah anbarına basqından sonra ordunun dəstəklənməsi proqramını dayandırıblar.
Lent.az-ın «qazet.ru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
Mənbə bildirib ki, bu yardımın dayandırılması silahın başqa əllərə düşməsinin qarşısının alınmasına xidmət edir.
«Biz ümid edirik ki, ABŞ və Britaniyadan olan dostlarımız öz qərarlarına yenidən baxacaq. Onların yardımına bizim ehtiyacımız var» -deyə, Suriya Azadlıq Ordusunun lideri olay belə münasibət bildirib.