ABŞ Dövlət Departamentinin təmsilçisi Meri Harf bildirib ki, Suriyada kimyəvi silah tətbiqi haqqında Amerika kəşfiyyatının məruzəsinin bir hissəsi ictimaiyyət üçün açıq olacaq.
Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, gizli versiya ABŞ Konqresinə təqdim olunacaq.
«Kəşfiyyat Suriyada kimyəvi silahdan istifadə ilə bağlı təhlillər aparıb. Biz onun məxfi hissəsini konqresə təqdim edəcəyik. Gizli olmayanlar çap olunaraq, yayılacaq» - deyə, o, vurğulayıb.
M.Harf bunların cari həftədə gerçəkləşəcəyini ümidvar olduğunu söyləyib.