ABŞ İranda itən agentinin ailəsinə pul ödəyib
13 dekabr 2013 06:36 (UTC +04:00)

ABŞ İranda itən agentinin ailəsinə pul ödəyib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi məhkəmə iddiasının qarşısını almaq məqsədi ilə İranda itkin düşən Federal Təhqiqat Bürosunun keçmiş agenti Robert Levinsonun ailəsinə 2,5 milyon dollar pul verib.

 

Lent.a-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, R.Levinson 2007-ci il martın 8-də viza tələb olunmayan İranın Kiş adasına gedib. Körfəzdə yerləşən bu adada azad ticarət zonası yerləşir.

 

Bir müddət öncə ABŞ televiziya prodüsseri və jurnalisti işləyən Levinsonun İran ərazisinə Birləşmiş Ərəb Əmirliyindən özəl işi üçün keçirdiyi bildirmişdi.

 

Mənbə bildirib ki, MKİ İslam Respublikası ərazisində müstəqil əməliyyat keçirə bilmədiyindən Levinson barəsində informasiyaya pul ödəyib.

 

Xidməti araşdırmanın nəticələrinə əsasən, sanksiyalaşdırılmamış əməliyyatda iştiraka görə  üçün idarənin 3 əməkdaşı işdən çıxarılıb, daha 7 işçiyə isə töhmət verilib.

 

Mənbə xatırladıb ki, rəsmi Vaşinqton Tehrandan vətəndaşının tapılması ilə bağlı dəfələrlə müraciət etsə də, İran hakimiyyəti onun barəsində informasiyaya malik olmadığını bildirib.

 

Bu ilin martında ABŞ Levinson haqda informasiyaya bir milyon mükafat boyun olmuşdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120
avatar

Oxşar yazılar