Rəsmi Vaşinqton Venesuelanın iki yüksək rütbəli diplomatını “persona non qrata” elan edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
Məlumata əsasən, Venesuelanın ABŞ-dakı müvəqqəti işlər vəkili və Hyustondakı baş konsulun müavini 48 saat ərzində ölkə ərazisini tərk etməlidirlər.
Rəsmi Vaşinqton bu addımı Karakasdan iki ABŞ diplomatının qovulmasına cavab olaraq atıb.