ABŞ-ın sorğusu ilə rusiyalını Litvada tutublar
24 may 2013 02:51 (UTC +04:00)

ABŞ-ın sorğusu ilə rusiyalını Litvada tutublar

 

Litvanın Baş prokurorluğu rusiyalı Dmitri Ustinovun ekstradisiyası ilə bağlı Vaşinqtondan cavab gözləyir.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, ABŞ ərazisindən çıxarılması yasaqlanan hərbi avadanlığı çıxarmağa cəhd etdiyi üçün Vilnüsdə həbs edilib.

 

Rusiyanın Litvadakı səfirliyinin konsulluq bölməsinin müdiri Aleksandr Mamayev bildirib ki, ölkəsinin diplomatları şəraiti izləyir.

 

46 yaşlı D.Ustinov Litva paytaxtındakı Lukişskdə istintaq təcridxanasında saxlanılır. O, məhkəmənin qərarı ilə  daha iki ay orada qalmalı olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516
avatar

Oxşar yazılar