ABŞ-ın kruiz gəmisində 97 nəfər zəhərləndi
03 may 2016 00:35 (UTC +04:00)

ABŞ-ın kruiz gəmisində 97 nəfər zəhərləndi

0

ABŞ-ın Baham adaları istiqamətində üzən "Disney Wonder" kruiz gəmisində 92 sərnişin və 5 heyət üzvü naməlum bağırsaq xəstəliyinə yoluxub. Gəmi kapitanı səyahəti dayandırmaq və Mayami şəhərinə (Florida ştatı) geri qayıtmaq məcburiyyətində qalıb.

 

Lent.az-ın "report"-a istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzinin məlumatında bildirilir.

 

Şənbə günü Baham adalarına yollanan "Disney Wonder"in göyərtəsində 2,7 min sərnişin və təqribən min nəfər heyət üzvü var. Gəmi Mayamiyə ötən gecə qayıdıb. Xəstəliyə yoluxanlar xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar