ABŞ-ın İŞİD-ə qarşı Rusiya ilə birgə savaşmaq fikri yoxdur
25 may 2016 04:58 (UTC +04:00)

ABŞ-ın İŞİD-ə qarşı Rusiya ilə birgə savaşmaq fikri yoxdur

ABŞ Müdafiə Nazirliyi Suriyada İŞİD-ə qarşı Rusiya tərəfi ilə birgə əməliyyatlar keçirməyi planlaşdırmır.  APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Pentaqonun nümayəndəsi Mişel Baldansa bildirib.

 

“Biz hazırda  İŞİD-ə qarşı Rusiya ilə birgə əməliyyatlar keçirməyi planlaşdırmırıq”, deyə Baldansa ABŞ və Rusiya nümayəndələrinin bu mövzuya dair məsləhətləşmələrin aparıldığı barədə açıqlamalarını şərh edərkən bildirib.

 

Qeyd edək ki, Suriya kürdlərinin silahlı birləşmələri ötən gün Rakka şəhərini İŞİD-dən azad olunması əməliyyatına başladıqlarını elan ediblər.  Suriya kürdlərinin silahlı birləşmələri addımlarının ABŞ və Rusiya ilə əlaqələndirilməsinə hazır olduqlarını bildiriblər.

 

“Biz mütəmadi Suriyada atəşkəs rejiminin dəstəklənməsinə dair birgə səyləri Rusiya və digər tərəfdaşlarımızla  müzakirə edirik. Bu, yalnız hərbçilər səviyyəsində deyil, həmçinin qurumlararası məsləhətləşmələr şəklində həyata keçirilir”, - deyə Baldansa tərəflərin təmaslarına dair bildirib.

 

Pentaqon nümayəndəsi ABŞ və Rusiya arasında Suriya üzərində uçuşların təhlükəsizliyinin təmin olunmasına dair imzalanmış anlaşma memorandumunun uğurla  icra olunduğunu bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35