ABŞ-ın bir hərbi təyyarəsi də qəzaya uğrayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qırğızıstanda “Manas” hərbi aeroportundan qalxan “G-135” markalı yanacaqdoldurma təyyarəsi az sonra Qazaxıstanla sərhəddə havada parçalanıb.
Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, hələ onların sayı açıqlanmayıb.
Qeyd edək ki, ötən gün Əfqanıstanda da ABŞ-ın hərbi yük təyyarəsi hərbi bazadan qalxdıqdan az sonra yerə çırpılıb. Qəza nəticəsində 7 nəfər həyatını itirib.