ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də təhlükəsizliklə əlaqədar işini dayandıracaq.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə səfirliyin saytında məlumat yayılıb.
"ABŞ-ın Ankaradakı səfirliyi 2018-ci il, martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar ziyarətçilər üçün bağlı olacaq”, məlumatda deyilir.
Bildirilir ki, bu gün səfirlik tərəfindən yalnız təxirəsalınmaz xidmətlər göstəriləcək: “Səfirliyin fəaliyyəti bərpa olunan kimi, bu barədə məlumat veriləcək”.