ABŞ Dövlət Departamenti Türkiyədə terror aktları təhlükəsi ilə əlaqədar vətəndaşlarına bu ölkəyə səfərin təhlükəli olması barədə xəbərdarlıq edib, habelə diplomatların və digər işçilərin ailəsinin təxliyə edilməsi barədə məlumat yayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qurumun mətbuat xidmətinin yaydığı məlumata əsasən, müvafiq göstəriş ABŞ hökumətinin Adanakı konsulluğunda, habelə İzmir və Muqla əyalətlərində çalışan əməkdaşlarının ailələrinə verilib. Məlumata görə, konsulluğun özü fəaliyyətini davam etdirəcək.