ABŞ-dan əsgər ailələrinə çağırış: "Təcili Türkiyədən çıxın"
30 mart 2016 00:37 (UTC +04:00)

ABŞ-dan əsgər ailələrinə çağırış: "Təcili Türkiyədən çıxın"

Pentaqon amerikalı hərbçilərin ailələrinin Türkiyənin cənub bölgələrindən ABŞ-a geri qaytarılmasına dair göstəriş verib. APA-nın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının məlumatında bildirilir.

 

“Müdafiə naziri Eşton Karter dövlət katibi Con Kerri ilə keçirdiyi  məsləhətləşmələrdən sonra Türkiyənin Adana (“İcirlik” aviabazası da daxil olmaqla), İzmir və Muqla şəhərlərində xidmət çəkən amerikalı hərbçilərin ailələrinin vətənə dönmələrinə dair göstəriş verib”, - deyə məlumatda bildirilir.

 

“Qərar bölgədə təhlükəsizlik sahəsində davam edən problemlərlə bağlıdır. Qərar Pentaqon hərbçiləri və onların ailələri üçün risklərin azaldılması məqsədilə verilib”, - deyə məlumatda bildirilib.  

 

Əmr yüksək hərbi komandanlığa şamil olunmur. Qərarın Türkiyə hökuməti, ABŞ Dövlət Departamenti və ABŞ-ın müdafiə naziri  ilə məsləhətləşmələrdən sonra verildiyi qeyd olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar