Kanzas və Men ştatlarında respublikaçıların prezidentlik namizədinin partiyadaxili seçkilərində (kokusda) Ted Kruz qalib gəlir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kanzasda səslərin üçdə bir hissəsi sayılıb.
Ted Kruz 48,8%, onun əsas rəqibi Donald Tramp 25,9%, Marko Rubio 13,7, Con Keysik isə 9,9% səs toplayıb.
Men ştatında isə Kruz 48%, Tramp – 35%, Rubio 8,6%, Keysik 7,4% səs toplayıb.
Hazırda respublikaçılar arasında əsas favorit 10 ştatda ilkin seçkilərdə qələbə qazanan Donald Trampdır, Ted Kruz isə 4 ştatda hamıdan üstün ola bilib.
Qeyd edək ki, bu gün ABŞ-ın Kentukki, Men, Nebraska, Luiziana və Kanzas ştatlarında partiyadaxili seçkilər keçirilir.