ABŞ-ın cənub və mərkəzi ştatlarına güclü yağan qar həyatı iflic edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin Arkanzas, Missuri, Oklahoma və Texas ştatlarında yağan qar və fırtına səbindən vətəndaşlar evlərində çölə çıxa bilmirlər.
Artıq ABŞ-ın bəzi ştatlarında fövqəladə vəziyyət elan olunub. Həmçinin əksər magistral yollar qar yağması səbəbindən bağlanıb.
Üçdən çox insanın öldüyü bildirilir.