Florida sahilləri yaxınlığında 40-dan artıq qara balina özünü sahilə atıb.
Lent.az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə Everqleyds milli parkının ərazisində, dayazlıqda baş verib. Özünü sahilə atan balinalardan 10-u məhv olub.
Xilasedicilər, Milli Parkın əməkdaşları və könüllülər digər balinaların həyatını xilas etməyə çalışırlar. Onlar özünü sahilə atmış balinaları Meksika körfəzinə geri qaytarmağa cəhd göstərirlər. Elmi adı “qrinda” olan bu qara balinaların uzunluğu 8 metrə çatır, hər birinin orta çəkisi bir tondur. Təbiətşünaslar onları qara delfin də adlandırır. Balinaların özlərinin sahilə atmasının səbəbi məlum deyil, ekoloqlar bu təbiət hadisəsini Meksika körfəzinin neft məhsulları ilə həddən artıq çirklənməsi ilə izah edirlər.

ABŞ-da balinaların kütləvi intiharı: 40 balina özünü sahilə vurdu
Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39