ABŞ-da 16 nəfər daşqınların qurbanı oldu - YENİLƏNİB
04 iyun 2016 05:12 (UTC +04:00)

ABŞ-da 16 nəfər daşqınların qurbanı oldu - YENİLƏNİB

0

ABŞ-ın Texas ştatında daşqın qurbanlarının sayı 16 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Fort-Hud hərbi bazası yaxınlığında ABŞ Silahlı Qüvvələrinə məxsus yük maşınının sel aparması nəticəsində itkin düşən daha 4 hərbi qulluqçunun meyiti aşkarlanıb.

 

Fort-Hud hərbi bazasının rəis müavini Con Uberti məlumatı təsdiqləyib.

 

Bundan əvvəl 5 hərbçinin öldüyü, 3-ün itkin düşdüyü bildirilirdi.

 

Beləliklə, son həftə ərzində Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində ölənlərin sayı 16-ya çatıb.

 

***

 

ABŞ-ın Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Fort-Hud hərbi bazası yaxınlığında ABŞ Silahlı Qüvvələrinə məxsus yük maşınını sel aparıb.

 

Hərbçilərdən 5-i ölüb, 3-ü isə itkin düşmüş hesab edilir.

 

Son günlər ərzində fasiləsiz yağan yağışlar ABŞ-ın mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Daşqınlar nəticəsində Kanzas və Oklahoma ştatların müxtəlif bölgələri elektrik enerjisiz qalıb. Texas ştatının bir sıra yaşayış məntəqələrində  daşqınlara görə evakuasiya elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar