Avropa Birliyinin ali komissarı Ketrin Eşton Kiyevdə Müstəqillik Mayndanına gedib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, aksiya iştirakçıları onun coşqu ilə qarşılayıb.
Ali komissarı müxalifətdə olan «Batkivşina» Partiyasının lideri Arsen Yatsenyuk və Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko müşayiət edib.
Maydandakı çıxışından sonra o, müxalifət liderləri ilə görüşüb. Bundan öncə K.Eşton 3,5 saat Ukrayna prezidenti Viktor Yanukoviçlə bütün vacib məsələləri müzakirə edib.