AB Gürcüstana maliyyə yardımı edəcək
12 fevral 2013 20:37 (UTC +04:00)

AB Gürcüstana maliyyə yardımı edəcək

Fevralın 12-də  Tiflisdə Gürcüstanın Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili ilə Avropa Birliyinin (AB) genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle arasında görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tərəflər arasında AB-nin Gürcüstana daha 20 milyon avro maliyyə yardımı ayırmasını nəzərdə tutan müqavilə imzalanıb.

 

A. Petriaşvili jurnalistlərə açıqlamasında ölkəyə ayrılan vəsaitlərin daha da artacağını söyləyib: “Biz bu il kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün yardımlar almağı da planlaşdırmışıq. Bunun üçün bizə lazımi dəstək var”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490
avatar

Oxşar yazılar