AB-dən İrəvana xəbərdarlıq : «Yerini müəyyənləşdir»
19 mart 2013 07:07 (UTC +04:00)

AB-dən İrəvana xəbərdarlıq : «Yerini müəyyənləşdir»

Qərb Ermənistanı sçim qarşısında qoyub – ya Rusiya, ya Avropa.

 

Lent.az-ın «Azadlıq radiosu-nun ermənicə redaksiyasına istinadən məlumatına görə,  rəsmi Brüssel Ermənistana bu bərədə yenidən xəbərdarlıq edib.

 

Avropalılar bildirib ki, rəsmi İrəvan Rusiyanın təşəbbüsü əsasında yaradılan Gömrük İttifaqı ilə Avropa Birliyi (AB) bir araya sıxmaz.

 

Avropa parlamentinin xarici əlaqələr üzrə komissiyasının sədri Elmar Brok deyib ki, bu iki müqavilə hüquqi cəhətdən biri-birinə ziddir.

 

«Avropa Birliyi Rusiyanın təşəbbüsü ilə yaradılan GÖmrük İttifaqına üzv dövlətlə əhatəli azad ticarət zonası müqaviləsi imzalaya bilməz. Hüquqi cəhətdən bu mümkünsüzdür. Təkcə Ermənistan deyil, eləcə də «Şərq tərəfdaşlığı»na üzv başqa  dövlətlərin də  bu məsələdə seçim etməsi vacibdir» - deyə, o, bildirib.

 

O, qeyd edib ki, Rusiyanın təşəbbüsünü qəbul edənlərə münasibət Rusiyaya yanaşma kimi olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184
avatar

Oxşar yazılar