Çinin cənubundakı Quandun əyalətində “El-Ninyo” iqlim fenomeninin yaratdığı daşqınlar nəticəsində 8 min insan təxliyə edilib
APA-nın xəbərinə görə, bu barədə Çinin Mərkəzi televiziyası xəbər verib.
Məlumata əsasən, əyalətdə ümumilikdə 150 min nəfər zərər çəkib.
“Bu il “El-Ninyo”nun şiddətlənməsi ucbatından Yantszı çayı boyunca fövqəladə halların yaranması ehtimalı böyükdür”, deyə Çinin Su təsərrüfatı nazirinin müavini Lyu Nin deyib
Qeyd edək ki, "El-Ninyo" iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.