Dünən dünya şöhrətli memar Zaha Hadid 65 yaşında vəfat etdi.
İraq əsilli memar bronxitdən müalicə aldığı Mayami hospitalında ürək tutmasından dünyasını dəyişdi.
Zəha Hədid 1950-ci ildə Bağdadda doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə həmin Məktəbdə dərs deyib. Çoxlu beynəlxalq müsabiqələrin qalibidir. Honkonqda “Peak Klub” və Uelsdə “Cardiff Bay” , “Opera House” onun işlərindəndir. 2002-ci ildə Hədid Sinqapurun şimali baş planını layihələşdirmək üçün beynəlxalq layihə yarışını uddu. 2005-ci ildə, onun layihəsi Bazelin, İsveçrənin yeni şəhər kazinoları üçün yarışın qalibi oldu. 2004-cü ildə isə Hədid “Pritzker” Memarlıq mükafatını alan birinci qadın kimi tarixə düşdü.
Bakıdakı Heydər Əliyev Mərkəzinin dizaynı ona məxsusdur. O, Heydər Əliyev Mərkəzinin dizaynına görə London muzeyinin mükafatına layiq görülüb.
Hadid Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib, akademik Mikayıl Hüseynov adına medalla təltif olunub.
Lent.az Hadidin möhtəşəm layihələrinin bəzilərini təqdim edir.