[b]Tramp Kim Çen Inı Vaşinqtona dəvət edəcək [/b]
08 iyun 2018 08:07 (UTC +04:00)

[b]Tramp Kim Çen Inı Vaşinqtona dəvət edəcək [/b]

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla baş tutacaq görüşün uğurlu olacağına ümid edir. İyunun 12-nə keçiriləcək danışıqların yekunlarına dair D.Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp jurnalistin Kim Çen Inın görüş zamanı ABŞ-a dəvət edilib-edilməyəcəyinə dair sualına cavabında bildirib.

 

“Sualınızın ikinci hissəsinə cavab “bəli”dir, amma danışıqlar yaxşı keçərsə. Düşünürəm, danışıqlar yaxşı keçə bilər”, - deyə Tramp cavabında bildirib.    

 

O əlavə edib ki, Kim Çen In ABŞ-a səfər edərsə, danışıqlar Ağ Evdə aparılacaq.   

 

Qeyd edək ki, ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçiriləcək.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Oxşar yazılar