ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxmasını bəyan etmək niyyətində olduğunu bildirib. APA-nın xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb.
D.Tramp həmçinin əlavə edib ki, Vaşinqton İrana qarşı bütün sanksiyaları bərpa etmək və əlavə iqtisadi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.