[b]Tbilisidə etirazçılar çadırlar qurur[/b]
13 may 2018 00:45 (UTC +04:00)

[b]Tbilisidə etirazçılar çadırlar qurur[/b]

Tbilisidə parlament qarşısında Rustaveli prospektində günorta saatlarından etibarən keçirilən etiraz aksiyası davam etdiriləcək.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə aksiyanın təşkilatçılarından olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili deyib.

 

Tbilisi meri Kaxa Kaladzenin etirazçılara müraciətinə münasibət bildirən B.Tsikarişvili deyib ki, şəhər meri narkotiklərlə bağlı siyasət barədə danışmamalıdır: “Bu barədə baş nazir və daxili işlər naziri danışmalıdır”.

 

Hərəkat lideri qeyd edib ki, parlament qarşısında çadırlar qurulur və aksiya gecə də davam etdiriləcək.

 

Aksiya iştirakçıları saat 22:00-a qədər baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı bəyanatla çıxış etməyə çağırmışdılar. Hökumət administrasiyasından G.Kvirikaşvilinin bəyanat vermək niyyətində olmadığı bildirilib. 

 

# 354
avatar

Oxşar yazılar