[b]Ruhani: "İran uranı zənginləşdirilməyə hazırdır"[/b]
08 may 2018 23:36 (UTC +04:00)

[b]Ruhani: "İran uranı zənginləşdirilməyə hazırdır"[/b]

İran prezidenti Həsən Ruhani ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmasından çıxmasına münasibət bildirib. APA-nın Tehran bürosunun məlumatına görə, prezident H.Ruhani bildirib ki, ABŞ heç vaxt öz öhdəliklərini yerinə yetirməyib. “Bizim ötən 40 illik tariximiz və ondan öncəki illərdə müşahidə etdiyimiz bu olub ki, ABŞ  İran xalqına qarşı, region xalqlarına qarşı həmişə düşmənçilik mövqeyini sərgiləyib”.

 

H.Ruhani deyib ki, İran Beynəlxalq  Atom Enerjisi Təşkilatının qənaətinə əsasən, bütün öhdəliklərini yerinə yetirib: “Biz bu gün beynəlxalq öhdəlikləri yerinə yetirməyən ölkənin hansı ölkə olduğunu görürük. İranın nüvə proqramı üzrə razılaşma bir neçə tərəfli bir razılaşma idi.  İran xalqı öz öhdəliklərini yerinə yetirdi və öhdəliyinə əməl etməyənin kimliyi bəlli oldu. Donald Trampın  mövqeyini dəstəkləyən yeganə ölkə sionist rejimdir. Bu rejim idi ki, bizim nüvə alimlərimizə qarşı terror etdi. Bundan sonra nüvə proqramına dair razılaşma İran və 5 ölkə arasındadır. İran bu razılaşmaya sadiq qalacaq. Biz sülh üçün addım ata bilərik, lakin əgər  mənafeyimiz təmin olunmazsa, İslam sistemi özü xalqa şərtləri açıqlayacaq”.

 

“Xarici İşlər Nazirliyinə bildirirəm ki, Avropa ölkələri ilə müzakirə aparsınlar. Trampın  atdığı bu addım psixoloji  müharibədir və iqtisadi təzyiqləri artırmaq məqsədi güdür. Biz icazə verməyəcəyik ki, Tramp bu müharibədə qələbə qazansın. İran  xalqı bu gecədən öz öhdəliyinə daha da sadiq qalacaq.  Atom Enerji Təşkilatına göstəriş vermişik ki, növbəti addımlar üçün tam hazırlıqlı olsun. Əgər lazım gələrsə, uranın sənaye zənginləşdirilməsi prosesinə heç bir məhdudiyyət olmadan başlayacağıq”.

 

H.Ruhani tezliklə xalqla bu haqda daha geniş danışacağını bildirib.

 

Qeyd edək ki, ABŞ İranın nüvə proqramı üzrə razılaşmadan çıxıb. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar