<b>Myanmar lideri “Oksford” mükafatından məhrum edildi</b>
28 noyabr 2017 02:49 (UTC +04:00)

Myanmar lideri “Oksford” mükafatından məhrum edildi

Myanmarın dövlət müşaviri, ölkənin faktiki siyasi lideri Aun San Su Çji “Freedom of the City of Oxford” mükafatından məhrum edilib.

 

APA-nın məlumatına görə, bu barədə “The Independent” qəzeti xəbər verib. Buna səbəb kimi onun Myanmarda Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa qadir olmaması  göstərilir. 

 

“Oksford” mükafatı üzvlərinin qənaətinə görə, zorakılığa göz yuman şəxs xüsusi ehtirama layiq deyil”, qəzet yazıb. Oksford Universitetinin məzunu Aun San Su Çji  20 il əvvəl “uzun müddətli azadlıq mübarizəsinə” görə “Oksford” mükafatına layiq görülüb.

 

Bundan əvvəl İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı (İSESCO) Aun San Su Çjinin 1991-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatından məhrum edilməsi barədə məsələ qaldırıb.

 

Bu ilin avqustundan başlayaraq Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində yüzlərlə müsəlman öldürülüb, 600 mindən çoxu qonşu Banqladeşə qaçıb.

 

BMT-nin qənaətinə görə, Rohinca müsəlmanları dünyanın ən çox təqibə məruz qalan milli azlığıdır. Rohinca müsəlmanlarının Myanmarda uzun illər boyu yaşamasına baxmayaraq, yerli hökumət onların vətəndaşlıq hüquqlarını tanımır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35