<b>Kubada təyyarə qəzasında ölənlərin sayı artır </b>- <span style="color:red;">YENİLƏNİB-3
19 may 2018 04:15 (UTC +04:00)

Kubada təyyarə qəzasında ölənlərin sayı artır - YENİLƏNİB-3

Kubanın paytaxtı Havana yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ qalan 3 qadından biri xəstəxanada keçinib. Beləliklə, qəzada ölənlərin sayı 108 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə Cuba TV xəbər verib.

 

Havananın “Calixto García” hospitalının reanimasiya şöbəsinə yerləşdirilən daha iki qadının vəziyyəti ağır kimi qiymətləndirilir. Bundan əvvəl qəza nəticəsində sağ qalan 1 kişi xəstəxanada vəfat edib.

 

Qəzaya uğrayan təyyarənin “qara qutuları” hələ ki, tapılmayıb. “Global Air” şirkətinin məlumatına görə, təyyarənin göyərtəsində 104 sərnişin və 6 ekipaj üzvü olub.  

 

 

 

 

***

 

Kubanın paytaxtı Havana yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 107 nəfər ölüb

 

APA-nın məlumatına görə, bu barədə “Global Air” aviaşirkətinin “Tvitter” səhifəsində bildirilir.

 

Ölən sərnişinlərin hamısının Kuba, ekipaj üzvlərinin isə Meksika vətəndaşları olduğu məlum olub. Qəza nəticəsində sağ qalan 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

“Cubana de Aviacion”un Meksikanın “Global Air” aviaşirkətindən icarəyə götürdüyü “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb.

 

***

 

Dəqiqləşdirilmiş məlumata əsasən, Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 105 nəfər olub

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kubanın  “Granma” qəzeti xəbər verib.

 

Sərnişinlər arasında əcnəbilərin və 5 uşağın olduğu bildirilir. Qəza nəticəsində sağ qalan üç nəfərdən 1-i xəstəxanada dünyasını dəyişib.

 

Qəzanın səbəbləri və ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

 

Kubanın nəqliyyat nazirliyində təyyarənin qəzaya uğraması səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.

 

Qeyd edək ki, ötən axşam “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb.

 

***

 

Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.

 

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, təyyarə havaya qalxdıqdan sonra Xose Mari hava limanı yaxınlığında yerə çırpılıb və yanıb.

 

Yerli “Granma” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

 

Kubanın nəqliyyat nazirliyində təyyarənin qəzaya uğraması səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.

 

***

 

Kubada “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Havana-Olqin marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə düşüb.

 

Təyyarənin göyərtəsində 100-dək sərnişinin olduğu ehtimal edilir. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar