<b>İsrail parlamenti “erməni soyqırımını” müzakirə etməyəcək</b>
28 may 2018 22:46 (UTC +04:00)

İsrail parlamenti “erməni soyqırımını” müzakirə etməyəcək

İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb.

 

APA-nın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti spikerin mətbuat katibinə istinadən yazıb.

 

Məlumata əsasən, sənəd Knessetdə qeyri-münasib vəziyyətin yaranmaması məqsədilə gündəlikdən çıxarılıb. “Çünki  qərarın əksəriyyət tərəfindən dəstəklənəcəyi aydın deyildi”, spikerin mətbuat katibi vurğulayıb.

 

Qeyd edək ki, İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar plenar iclas keçirilməli idi. Müvafiq təkliflə solçu “Merets” partiyasının lideri Tamar Zandberq çıxış etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404
avatar

Oxşar yazılar