Hindistanın şimal bölgəsində leysan yağışlarla müşahidə olunun toz fırtınası nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “Times of India” xəbər verib.
Bu, son günlərdə Hindistanın şimalında qeydə alınan sayca üçüncü təbii fəlakətdir. Belə ki, mayın 2-də şiddətli yağıntılar ilə müşahidə olunun fırtına 120, mayın 10-da isə azı 11 nəfərin həyatına son qoyub.