[b]Erməni nazir: "Azərbaycanın AİB-ə üzvlüyünə qarşı çıxacağıq" [/b]
08 iyun 2018 00:04 (UTC +04:00)

[b]Erməni nazir: "Azərbaycanın AİB-ə üzvlüyünə qarşı çıxacağıq" [/b]

Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı çıxacaq. APA-nın xəbərinə görə, bunu Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyan Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib.

 

“AİB əməkdaşlıq təşkilatıdır, Azərbaycan isə hazırda Ermənistanı bloklayır və bizim əleyhimizə birtərəfli tədbirlər görür”, - deyə Z.Mnatsakanyan bildirib.  

 

Qeyd edək ki, AİB 2015-ci ilin yanvarın 1-də Gömrük Birliyi və Vahid İqtisadi Məkan bazasında yaradılıb. Hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan AİB-ə üzvdürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar