<b>ABŞ Türkiyəni vacib layihədən kənarlaşdırır </b>
05 iyun 2018 21:07 (UTC +04:00)

ABŞ Türkiyəni vacib layihədən kənarlaşdırır

Türkiyənin Rusiya istehsalı olan “Su-57” tipli qırıcı təyyarələr və digər yüksək texnologiyalı silahlar  əldə etmək planı Ankaranın ABŞ-ın beşinci nəsil “F-35” tipli təyyarə layihəsində iştirakını təhlükə altına qoyur.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın Rusiyadan  “S-400” kompleksləri almasına görə ABŞ-ın “F-35” tipli təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə, ölkəsi “Su-57” qırıcılarını alternativ kimi nəzərdə saxlayacağını bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar