ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) qarşı sanksiyaları genişləndirib. APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, sanksiya siyahısına 6 iranlı və onlardan biri ilə əlaqəli 3 şirkət daxil edilib. Onların İİKK-lə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, ABŞ-ın İİKK-ə qarşı tətbiq etdiyi hazırkı sanksiyalarının İranla nüvə sazişi bağlandıqdan sonra dondurulmuş sanksiyalarla əlaqəsi yoxdur.
Xatırladaq ki, D.Tramp iyunun 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.