[b]ABŞ-da şəhər su altında qaldı[/b]
28 may 2018 05:55 (UTC +04:00)

[b]ABŞ-da şəhər su altında qaldı[/b]

ABŞ-ın Merilend ştatının Ellikot şəhərində güclü daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Merilend ştatın qubernatoru Larri Hoqan bəyan edib.

 

Məlumata əsasən, 2016-cı ildə güclü güclü yağış və daşqınlarla üzləşmiş şəhər yenidən su altında qalıb.

 

Yerli hökumət əhalini təhlükəli əraziləri tərk etməyə, xəbərləri izləməyə və təlimatlara riayət etməyə çağırıb.

 

Qeyd edək, Ellikot şəhərində 70 minədək insan yaşayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461
avatar

Oxşar yazılar