«Yanukoviç Brüssel və Moskvanı inək kimi sağmaq istəyir»
07 dekabr 2013 23:04 (UTC +04:00)

«Yanukoviç Brüssel və Moskvanı inək kimi sağmaq istəyir»

Avropa Xalq Partiyasının təmsilçisi, Avroparlamentin deputatı Yatsek Sariuş-Volski deyib ki,  Ukrayna prezidenti Viktor Yanukoviç Avropa Birliyi ilə assosiasiya haqqında müqaviləni imzalamaqda maraqlı deyil.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Ukraiskiye novosti» xəbər yayıb.

 

Onun sözlərinə əsasən, AB ilə danışıqlarda Yanukoviçin yeganə hədəfi «2020-ci ilədək hər il əsassız olaraq, 20 milyard avro həcmində maliyyə yardımı almaqdır».

 

Sariuş – Volski bildirib ki, oktyabrdan Yanukoviç Avropa Birliyini Rusiya ilə danışıqlar aparması barədə məlumatlandırmayıb.

 

«Bu məbləğ haqqında Vilnüs görüşünə iki həftə qalmış AB-nin məlumatlandırılması yalan və şantajdır. Biz əmin oluruq ki, o, əvvəldən AB ilə müqavilə bağlamaq istəməyib. O, istəyir ki, divarın dibində oturub, Brüssel və Moskvanı inək kimi sağsın»-deyə, Avroparlamentin deputatı söyləyib.

 

Sariuş-Volskinin qənaətincə, AB ilə assosiasiya haqqında müqaviləni Ukrayna xalqının etimad etdiyi şəxs imzalamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1186
avatar

Oxşar yazılar