«Sərhədsiz həkimlər» Suriya qaçqınlarına xəstəxana açır
14 fevral 2013 05:50 (UTC +04:00)

«Sərhədsiz həkimlər» Suriya qaçqınlarına xəstəxana açır

«Sərhədsiz həkimlər» beynəlxalq təşkilatı İordaniyanın şimalında ilk xəstəxana açacaq.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu xəstəxana Suriyadan gələn qaçqınlara xidmət üçün nəzərdə tutulub.

 

Ehtimallara əsasən, qaçqınların yaşadığı Zaatari düşərgəsindəki tibbi müəssisəsinin pediatriya bölməsində 90 min suriyalı müalicə oluna bilər.

 

«Sərhədsiz həkimlər» bildirib ki, xəstəxana fevralın sonunda artıq işə başlayacaq.

Mənbənin məlumatına görə, yalnız bu ilin yanvarında İordaniyaya Suriyadan 10 mindən çox qaçqın sığınıb. Onların çoxu humanitar və tibbi yardım ehtiyac duyur.

İordaniya hakimiyyəti isə xəbərdarlıq edərək, bildirib ki, kütləvi qaçqın axını olacağı halda Suriya ilə sərhədi bağlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517
avatar

Oxşar yazılar