«Sanksiyalara güc tətbiqi təhlükəsi əlavə edilməlidir»
19 fevral 2013 05:53 (UTC +04:00)

«Sanksiyalara güc tətbiqi təhlükəsi əlavə edilməlidir»

İsrailin baş naziri Binyamin Netanyahu    Şimali Koreyanın keçirdiyi nüvə sınaqları haqda danışıb. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, deyib ki, güc təhlükəsi ilə tətbiq edilməyən sanksiyaların İranı atom bombası əldə etmədən çəkindirməyəcək.

 

Onun sözlərinə əsasən, Şimali Koreyanın davranışı bunu bir daha təsdiqləyib.

 

Qeyd edək ki, 2006 və 2009-cu illərdə sanksiya tətbiq edilməsinə baxmayaraq, bir həftə öncə Şimali Koreya yeraltı nüvə sınağını keçirib.

 

«Sərt sanksiyalar Şimali Koreyanı dayandırdımı? Yox. Onların nüvə partlayışının əks-səs bütün Yaxın Şərqdə, özəlliklə İranda da eşidildi. Sanksiyalar öz-özlüyündə İranın nüvə proqramını dayandırmayacaq.Onlara sirayət edəcək savaş qorxusu da bu qadağalar əlavə edilməlidir. Əks halda bu proqramı dayandırmaq mümkünsüzdür»-deyə, Qüdsdə xaricdə fəaliyyət göstərən yəhudi icmalarının liderləri qarşısında çıxışında B.Netanyahu bildirib.

 

O, martda ABŞ prezidenti Barak Obama ilə İsraildə keçiriləcək görüşdə müzakirə edəcəyi başlıca mövzunun İranın nüvə proqramı olacağını söyləyib:«Mən hesab edirəm ki,dünyanın təhlükəsizliyinə və sülhə cəhd edən hər kəsə İranın nüvə proqramının dayandırmaq bir nömrəli vəzifədir».

 

İsrailin baş naziri Tehran hakimiyyətini hərbi tərkibli nüvə proqramını inkar etməkdə ittiham edib.

 

Xatırladaq ki, bu, B. Netanyahunun ilk belə çıxışı deyil. Ötən ilin sentyabrında BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı İranın «qırmızı xətti keçdiyini» və 2013-cü ildə nüvə silahı əldə edəcəyini bildirmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar