«Müsəlman qardaşlar»ın liderləri azadlıqda
06 iyul 2013 05:47 (UTC +04:00)

«Müsəlman qardaşlar»ın liderləri azadlıqda

Misir baş prokurorluğunun qərarı ilə həbs olunmuş «Müsəlman qardaşlar» hərəkatının liderləri Səad əl-Katatni və Rəşad Bayyumi azad ediliblər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,«Sky News Arabia» telekanalına bu haqda  məlumat yayıb.

 

Bir müddət əvvəl «Müsəlman qardaşlar»ın ali lideri Məhəmməd Badianın da azadlıqda olduğu məlum olub.

 

Liderlərin azad olunmasının təfərrüatları barədə məlumat verilmir.

 

Xatırladaq ki, iyulun 4-də gecə Misirin Azadlıq və Ədalət Partiyasının, «Müsəlman qardaşları» hərəkatının siyasi qanadının başçısı Səəd əl-Katatni və hərəkatın liderlərindən biri Rəşad Bayumi həbs olunmuşdu.

 

Əl-Katatni və Bayumi 2011-ci ilin yanvarında «müsəlman qardaşları»nın rəhbərliyindəki 34 nəfəri həbsxanadan qaçmasında iştirakda şübhəli bilindikləri üçün həbs ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Oxşar yazılar