ABŞ senatının kəşfiyyat komitəsi Con Brennanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sədri vəzifəsinə namizədliyinin səs verməsini beşinci gündən tez keçirməyəcək.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, komitə başçısı Dayyan Fanstayn bildirib.
Fevralın 13-də komitədə dinləmə olub. Tədbir qapalı keçirilib və KİV təmsilçiləri dinləmələrə buraxılmayıb. Əvvəlcə senatorlar səsverməni dördüncü keçirməyi planlaşdırmışdı.
Con Brennan ölkədə əks terror sahəsində ən təcrübəli mütəxəssislərdəndir. 2001-ci il sentyabrın 11-i terrorundan sonra o, Terrorçuluğa qarşı mübarizə milli mərkəzinə başçılıq edib. Con Brennan ərəb dilini və ərəb dünyasının bilicilərindəndir.