Avropa Birliyinin ali komissarı Ketrin Eşton quruma üzv dövlətlərin xarici işlər nazirləri ilə görüşdən sonra mətbuat konfransı keçirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib: “Birliyin xarici işlər nazirləri Rusiya ilə konstruktiv əməkdaşlıqda maraqlıdırlar.
Biz Rusiya ilə İranın nüvə proqramı, Yaxın Şərq sülh prosesi kimi məsələlərdə əməkdaşlıq edirik, ancaq Suriyaya, yaxud Cənubi Qafqaz və Moldovadakı münaqişələrə gəldikdə Rusiyanın daha çox iş görməsini istərdik”.