«Biz Suriyada hakimiyyətin yeni qüvvələrə verilməsini istəyirik»
01 fevral 2013 07:19 (UTC +04:00)

«Biz Suriyada hakimiyyətin yeni qüvvələrə verilməsini istəyirik»

ABŞ prezidentinin müavini Cozef Bayden Avropa dövlətlərinin liderləri və təmsilçiləri, eləcə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, həmsöhbətlərini Suriyadakı hakimiyyətin yeni hökumət təhvil verilməsinin tanınmasının vacibliyinə inandırmağa çalışacaq.

 

ABŞ milli təhlükəsizlik şurası başçısının müavini Ben Rods telefonla keçirdiyi brifinqdə Bayedinin Münhendə təhlükəsizlik məsələsi ilə bağlı konfransda keçirəcəyi görüşlərdən danışarkən deyib:«Biz başqa dövlətlərdən, o cümlədən Rusiyadan istəyirik ki, Bəşar Əsəd getməlidir. Hakimiyyət isə yeni hökumətə təhvil verilməlidir. Biz çeşidli oyunçularla bu məsələni müzakirə edəcəyik. Hakimiyyətin təhvil verilməsi prosesi nə qədər tez olarsa, Suriya xalqının istəkləri bir o qədər tez təmin olar və ölkədə sabitlik bərpa olar».

 

BMT-nin məlumatına əsasən, Suriyada 4 milyon insanın humanitar yardım ehtiyacı var.700 min nəfər isə artıq ölkəni tərk edib.

 



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548
avatar

Oxşar yazılar